“Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirildi

21 Fevral bütün dünyada “Beynəlxalq Ana Dili Günü” qeyd olunur.
Birləşmiş Milltələr Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib.
Bu gün dünyada yaşayan minlərlə millət və etnik qrup sayı heç iki yüzə çatmayan dövlətlərin rəsmi dövlət dillərinin sayı 70-i keçmir, onda hər hansı bir millətin öz dilinin öz dövlkətində dövlət dili olmasının əhəmiyyətini dərk etmək o qədər də çətin olmaz. Bu mənada, dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb. Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir.
21.02.2025-ci il tarixində məktəbin musiqi müəllimi Fərqanə Mayılovanın təşkilatçılığı ilə “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbiri məktəbin direktoru Əbülfət Bağırov açaraq fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışıb, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salıb. Bildirilib ki, ana dili xalqın varlığını təmin edən amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyat aynasıdır. Hər bir xalqın milliyinini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. Biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.
Sonra məktəblilər ana dilinə həsr olunan ədəbi-bədii kompozisiya göstərib, dil haqqında şeirlər, hikmətli kəlamlar səsləndiriliblər.
Tədbirin sonunda rəhbərlik bu gözəl gün münasibətilə ilə müəllim və şagird kollektivini təbrik edərək onlara öz təşəkkürünü bildirib.