"20 YANVAR-ZƏFƏRƏ GEDƏN YOL" adlı tədbir keçirildi

17.01.2025-ci il tarixində məktəb üzrə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq 20 Yanvar faciəsinin 35-ci il dönümü ilə əlaqədar “20 Yanvar-Zəfərə gedən yol” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın müstəqillyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda xalqımızın iradəsini sındırmaq üçün törətdiyi qanlı terror haqqında danışıb.
Vurğulanıb ki, faciədən bir gün sonra Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış edib. 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsininə ilk dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.
Daha sonra 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib və şagirdlərin hazırladıqları şeirlər dinlənilib.