ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT

Bu il xalqımız 20 Yanvar hadisələrinin 35-ci ildönümü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar olaraq məktəb üzrə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq 16.01.2025-ci il tarixində 3k, 5ç və 5ə sinif şagirdləri ilə birlikdə Şəhidlər Xiyabanına ziyarət təşkil olundu. Vətən uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımızın məzarları önünə tər qərənfillər düzüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi