REPRODUKTİV SAĞLAMLIQ

15 yanvar 2025-ci il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılova 9g sinif şagirdləri ilə “Reproduktiv sağlamlıq”la bağlı söhbət aparmışdır. Təlimin məqsədi yetkinlik yaşına çatmış şagirdləri reproduktiv sağlamlığın bütün komponentləri ilə tanış etmək və sağlam həyat tərzi haqqında məlumatlandırmaq olmuşdur. Təlim zamanı yeniyetmə şagirdlərə reproduktiv sağlamlıq barədə daha geniş məlumatlar verilməklə yanaşı bu məsələnin mənəvi dəyərləri xüsusilə vurğulanmışdır.
Sonda mövzu ilə bağlı şagirdlərin fikirləri dinlənilmiş və sualları cavablandırılmışdır.