ZƏRƏRLİ VƏRDİŞLƏR: SİQARET ÇƏKMƏK

08.01.2025-ci il tarixində psixoloq şagirdlərlə söhbət keçirdi.

Müasir dövrümüzdə bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən biri də tütündür. Tütünün insan orqanizminə ziyanları haqqında şagirdləri məlumatlandırmaq məqsədilə məktəb psixoloqu Gülnarə Cəbrayılova VIII sinif şagirdləri ilə söhbət aparıldı.

Psixoloq şagirdlərə siqaretin sağlam, xəstə orqanizmlərə, qadınlara, uşaqlara necə təsir etməsi, ən çox hansı xəstəliklərə səbəb olması haqqında məlumat verildi, bildirdi ki, siqaret yaşından asılı olmayaraq hər bir şəxsə mənfi təsir göstərir və orqanizmdə bir çox xəstəliklər yaradır. Siqaret yuxu sistemini qarışdırır və oyanmanı çətinləşdirir, ümumi iş qabiliyyətini və fəaliyyətini azaldır, görmə qabiliyyətini çətinləşdirir, ağız boşluğunda pis qoxu yaradır.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi