"XATİRƏLƏR QANADINDA" adlı tədbir

12.12.2024- cü il tarixində məktəbin kitabxana müdiri Adilə Məmmədova, kitabxanaçı Afət Məmmədova və musiqi müəllimi Fərqanə Mayılovanın təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə “Xatirələr qanadında” adlı tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə 1 (bir) dəqiqəlik sükutla Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etdilər. Məktəbin direktoru Əbülfət Bağırov tədbiri açaraq qeyd etdi ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar.  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov çıxışında qeyd etdi ki, o, bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız mütəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır. Daha sonra tədbirdə şagirdlər ulu öndər haqqında şeirlər söylədilər, ulu öndərə həsr olunmuş musiqilər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi