"DAHİ ŞƏXSİYYƏT HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ" ilə əlaqədar silsilə tədbirlər

Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar təsdiqlənmiş məktəbdaxili Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərin davamı olaraq 11.12.2024-cü il tarixində məktəb rəhbərliyinin iştirakı ilə sinifdaxili tədbir keçirildi.

İlk öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, tədbir iştirakçılarının ifasında Dövlət Himni səsləndirilib.

Tədbirə açılış nitqi ilə başlayan sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. O, bildirib ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən çox düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Artıq Azərbaycanın dünəni və bu günü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da tam təmin edilib.

Daha sonra ümummilli liderə həsr olunan film nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi