GİGİYENA VƏ DÜZGÜN QİDALANMA SAĞLAMLIĞIN ƏSASIDIR
9.12.2024-cü il tarixində məktəbin psixoloqu Cəbrayılova Gülnarə və biologiya müəllimi Əvəzzadə Fatma VIII sınıf şagirdləri ilə “Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır” adlı profilaktik söhbət keçirdi. Gigiyena barədə zəruri informasiya, şəxsi və ümumi gigiyena qaydaları, ətraf mühitin insan sağlamlığına təsiri, düzgün qidalanma haqqında ətraflı məlumat verildi.
Bu mövzuda geniş müzakirələr aparıldı. Yanlış qidalanmanın yeniyetmələrin inkişafına mənfi təsirləri müzakirə olundu.