"ŞƏHİD SAVALAN QAFAROVUN DOĞUM GÜNÜ"NƏ HƏSR OLUNMUŞ TƏDBİR

2023- cü ilin 19 sentyabr tarixində baş verən antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan Savalan Qafarovun doğum günü musiqi müəllimi Tərlan Mirzəyeva, ibtidai sinif müəllimləri Məfkurə Cəfərova və Nigar Salmanovanın təşkilatçılğı ilə təhsil aldığı tam orta məktəbdə qeyd olundu.

Şəhidin doğum gününə həsr olunmuş tədbirdə məktəb rəhbərliyi, şəhidin ailə üzvləri, müəllimlər, valideynlər və şagirdlər iştirak etdi.

Əvvəlcə məktəbin həyətində şəhidlərin xatirəsinə ucaldılmış lövhənin açılışı oldu.

Daha sonra məktəbin akt zalında davam edən tədbir Dövlət Himninin səsləndirilməsi və Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan olundu.

İlk öncə məktəbin direktoru Əbülfət Bağırov çıxış edərək 19 sentyabr 2023-cü ildə Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı hesabına cəmi 23 saat 43 dəqiqə ərzində Qarabağdakı qanunsuz seperatçı rejimin mövcudluğuna son qoyulduğunu və ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra çıxış edənlər bizə Qarabağ sevincini yaşadan, vətənimizin müstəqilliyi və istiqlaliyyəti naminə canlarından keçərək Şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğunu vurğulayaraq şəhid Savalan Qafarova Allahdan rəhmət diləyib, onu boya-başa çatdıran valideynlərinə vətənə laiq övlad böyütdükləri üçün təşəkkür etdilər.

Anım tədbirində çıxış edən Savalan Qafarovun sinif yoldaşları 21 yaşı tamam olan şəhidin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsinin daim uca tutulduğunu, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildiyini bildirdilər.

Tədbir məktəb şagirdlərinin hazırladıqları vətənpərvərlik şeirləri və musiqiləri ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi