1 DEKABR-ÜMUMDÜNYA QİÇS-LƏ MÜBARİZƏ GÜNÜDÜR

1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar məktəbin psixoloqu Cəbrayılova Gülnarə tərəfindən X sinif şagirdləri ilə maarifləndirici söhbət keçirilib. Görüşün əsas məqsədi şagirdlərə QİÇS epidemiyası, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası haqqında bilgilər verməkdən ibarət olub.

İlk olaraq psixoloq Ümumdünya QİÇS Gününün 1988-ci ildən etibarən hər il 1 dekabr tarixində Qazanılmış İmmun Çatışmazlığı Sindromu virusuna diqqəti cəlb etmək üçün beynəlxalqsəviyyədə qeyd olunmasını şagirdlərin nəzərinə çatdırıb. O, xəstəliyin tarixi, onun əlamətləri haqqında geniş məlumat verib.

Sonda şagirdlər XX əsrin vəbası hesab olunan infeksiyanın əlamətləri, yoluxma və qorunma yolları haqqında hazırladıqları təqdimatları səsləndiriblər.

Söhbətin sonunda psixoloq şagirdlərə qeyri-steril tibbi alətlərdən, başqasının şəxsi əşyalarından istifadə etməməyi, özünün təhlükəsizliyini qorumaq üçün ən azı ildə bir dəfə müayinədən keçməyi tövsiyə edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi