Pedaqoji şuranın növbəti iclası keçirildi

22.11.2024-cü il tarixində məktəb üzrə pedaqoji şuranın növbəti iclası keçirildi.

Gündəlikdə duran əsas məsələlər aşağıdakılar idi:

1) 2024-2025-ci tədris ilin sentyabr, oktyabr, noyabr aylarında pedaqoji kollektiv tərəfindən görülən işlərin müzakirəsi;

2) İbtidai siniflərdə Ana dilinin tədrisinin vəziyyətinin müzakirəsi;

3) V-XI siniflərdə keçirilmiş diaqnostik qiymətləndirmələrin nəticələrinin müzakirəsi;

4) Zəif oxuyan, xüsusi istedada malik və bilik yarışlarında iştirak edəcək şagirdlərlə işin təşkilinin vəziyyəti;

5) 2024-2025-ci tədris ilinin sentyabr, oktyabr, noyabr aylarında müəllim və şagirdlərin nizam-intizam qaydalarının və dərsə davamiyyətinin nəticələrinin müzakirəsi;

İclası giriş sözü ilə məktəbin direktoru Əbülfət Bağırov açaraq gündəlikdə duran məsələlər barədə məlumat verdi. Daha sonra məruzəçilərin çıxışları dinlənildi.

İclasda həmçinin 18, 19, 20 noyabr 2024-cü il tarixlərində Azərbaycan dili, riyaziyyat və xarici dil fənn metodbirləşmə iclaslarının keçirildiyi vurğulandı. Fənnlərin tədrisi vəziyyəti və müxtəlif məsələlər ətraflnda müzakirələr aparıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi