"Bakı Bilim Mərkəzi" ndə öyrədici və inkişaf etdirici təlim
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr–20 noyabr tarixlərində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində elan edilmiş “Uşaq hüquqları aylığı” çərçivəsində 6-14 yaşlı şagirdlərin elmə, innovasiyaya olan marağının formalaşdırılması, həmin şagirdlərin kiçik yaşlarından maraq dairəsinə uyğun olan sahələrin inkişaf etdirilməsinə dəstək göstərmək məqsədilə 05 noyabr 2024-cü il tarixində məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev, Uşaq Birliyi Rəhbəri Tural Cəmilov və ibtidai sinif müəllimi Məfkurə Cəfərovanın rəhbərliyi altında 3 b sinif şagirdləri "Bakı Bilim Mərkəzi" ndə öyrədici və inkişaf etdirici təlimlərdə iştirak etdilər.