“Zərərli vərdişlərə yox deyək!” mövzusunda xüsusi dərs keçirilib

01 noyabr 2024-cü il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılovanın təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda xüsusi dərs keçirildi.
Məktəb psixoloqu dərs zamanı şagirdlərə zərərli vərdişlərə dair lazımı maarifləndirici məlumatlar verib, biri-birindən maraqlı və rəngarəng təqdimatlar nümayiş etdirib. Şagirdlərə bir daha siqaretin, alkoqolun və cəmiyyətdə “ağ ölüm” kimi tanınan sərhəd tanımayan və bu gün beynəlxalq problemə çevrilən narkomaniyanın törətdiyi xoşagəlməz fəsadlar haqqında danışılıb, həmçinin onlara sağlam həyat uğrunda mübarizə aparmağı tövsiyə verilib.