İbtidai siniflərdə "Uşaq hüquqları aylığı" keçirildi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən 20 oktyabr – 20 noyabr tarixlərdə "Uşaq hüquqları aylığı" elan edilib.
Məktəbimizdə də uşaq hüquqları aylığı silsilə tədbirlər şəklində qeyd olunur. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır. İbtidai siniflərdə bu mövzu ətrafında maariflənləndirici söhbət aparıldı. Məktəbin psixoloqu Gülnarə Cəbrayılova şagirdlərə ətraflı məlumat vermişdir.