Psixoloq bulinq haqqında söhbət aparmışdır

04 oktyabr 2024-cü il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılova VIII a və VIII b  sinif şagirdlərinə bulinq haqqında təlim keçirmişdir. Təlimin keçirilməsində əsas məqsəd məktəb şagirdlərini bulinq davranışları ilə tanış etmək və onun qarşısını almaqda onlara dəstək olmaqdan ibarət olmuşdur.Təlim zamanı məktəbdə şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumat verilmişdir. Həmçinin şagirdlərə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış #mənimlədanış videoçarxı nümayiş edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi