Müəllimlərimiz mükafatlandırıldı
Xəzər rayonunda “5 oktyabr – Beynəlxaq Müəllimlər Günü” münasibəti ilə Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Xəzər rayonunun təhsil işçilərinin nümayəndələri iştirak ediblər.
Tədbirin sonunda təhsilin inkişafindakı xidmətlərinə və rayonun ictimai həyatında fəal iştirakına görə fərqlənən bir qrup təhsil işçisinə Xəzər RİH başçısının və YAP Xəzər rayon təşkilatının Fəxri Fərman və hədiyyələri təqdim olunub.
Təltif olunanlar arasında məktəbimizin direktoru Əbülfət Bağırov, Cəlahir Əliyev, Ülviyyə Qasımova və Aynurə Əliyeva da yer almışdır.