"Şagird davranış qaydaları” haqqında təlim keçirildi
04 oktyabr 2024-cü il tarixində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev, uşaq birliyi təşkilatı rəhbəri Tural Cəmilov və məktəbin psixoloqu Gülnarə Cəbrayılova Elm və Təhsil Nazirliyinin hazırladığı “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” haqqında şagirdləri bir daha məlumatlandırdılar.
Bir daha diqqətə çatdırıldı ki, şagirdlər şəxsi gigiyena qaydalarına riayət etməli, dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı, ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara əməl etməli (məktəbli forması, ayaqqabı və s.), geyim səliqəli və təmiz olmalı, uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı, fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər. Həmçinin şagirdlərə qadağan olunan məsələlər də vurğulandı. . Qeyd edildi ki, şagirdlərə çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal qadağandır. Sonda şagirdləri maraqlandıran suallara cavab verildi.