Psixoloq tərəfindən "Kern-Yerasink" testi keçirildi
20.09.2024- 03.10.2024-cü il tarixlərində məktəbin psixoloqu Gülnarə Cəbrayılova tərəfindən I sinif şagirdlərinin məktəbə adaptasiyası prosesinə dəstək olmaq və onların məktəbə psixoloji hazırlıq səviyyəsini öyrənmək məqsədilə psixodiaqnostik işlər aparılıb.
Şagirdlərin intellektual və sensomotor qabiliyyətləri "Kern-Yerasink" metodu ilə müəyyənləşdirilib.
Sonda psixoloq tərəfindən şagirdlərin məktəb təliminə psixoloji hazırlığı, məktəbə adaptasiyası və onlara məktəb vərdişlərinin aşılanması barədə əhəmiyyətli tövsiyələr verilib.