27 sentyabr- Anım Günü ilə bağlı tədbir keçirilib.
27 sentyabr 2024-cü il tarixində məktəbdə Anım Günü ilə bağlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövət Himni ilə açıq elan edilib və Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə ilk olaraq, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev çıxış edərək bildirdi ki, bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 4 il ötür. O qeyd edib ki, Azərbaycan Ordusu döyüşlərin ilk günündən düşmən üzərində böyük üstünlük qazanıb və haqq savaşında qalib oldu.
Çıxış edən müəllimlər 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş Şəhidlərdən, qazilərdən, gözü yaşlı qalan analarımızın fəryadından ürək ağrısı ilə bəhs etdilər.
Məktəbin şagirdləri Şəhidlərimizə həsr olunmuş şeir və mahnılar səsləndiriblər.