Anım gününə həsr olunmuş "dəyirmi masa" keçirildi
25.09.2024-cü il tarixində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev və uşaq birliyi təşkilatının rəhbəri Tural Cəmilovun təşkilatçılığı ilə 27 sentyabr Anım Gününə həsr olunmuş "dəyirmi masa" keçirildi. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər xalqımızın hər zaman öz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiyini, xatirəsini uca tutduğunu söyləyiblər. Qeyd edilib ki, ermənilərin ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 günlük Vətən müharibəsində rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhə, bütünlükdə xalqımız bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr vurub. Anım Günü haqqında şagirdlər videoçarx izlədilər.