Şəhidlərə həsr olunmuş kitab təqdimatı

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Binə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə şairə Esmira Günəşin kitab təqdimatı keçirilib.
Tədbirdə şəhid ailələri, məktəblilər, kitabxana əməkdaşları və fəal oxucular iştirak edib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
24 saylı onbirillik Musiqi Məktəbinin şagirdlərinin ifasında muğam parçaları səsləndi.