"Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirildi.

01.06.2024-cü il tarixində məktəbin musiqi müəllimi Fərqanə Mayılovanın təşkilatçılığı, 4b və 4ğ sinif şagirdlərinin iştirakı ilə "Uşaqlar bizim gələcəyimizdir" adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əbülfət Bağırov bildirdi ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü demək olar ki, dünyanın əksər ölkələrində qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həlli istiqamətində diqqətin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır.

Qeyd edildi ki, azyaşlıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu sahədə müxtəlif layihələr həyata keçirilir. Gələcəyimiz olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi üçün dövlətimiz tərəfindən bütün zəruri tədbirlər görülür.

Bayram tədbiri şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla və bir-birindən maraqlı musiqi, rəqs nömrələri ilə davam etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi