"Ey şanlı Azərbaycan" adlı tədbir keçirilib.
27.05.2024-cü il tarixində musiqi müəllimi Fərqanə Mayılovanın təşkilatçılığı ilə 28 May- Müstəqillik gününə həsr olunmuş "Ey şanlı Azərbaycan" adlı tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Əbülfət Bağırov çıxış edərək 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında böyük və əlamətdar hadisə olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından danışıb.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu misilsizdir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə olub. Daha sonra tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla, şeir, musiqi və rəqs nömrələri ilə davam etdi.