Məktəb işçiləri arasında dama turniri
21 may 2024-cü il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon komitəsinin birgə təşkilatçılığı, 216 saylı tam orta məktəbin dəstəyi ilə “28 May- Müstəqillik Günü”nə həsr olunmuş Xəzər rayon orta ümumtəhsil məktəblərinin işçiləri arasında dama turniri təşkil edildi.
Turnirdə 20 komanda mübarizə apardı və sonda qalib komandalar aşağıdakı kimi oldu:
1-ci yer: 26 nömrəli tam orta məktəb;
2-ci yer: 218 nömrəli tam orta məktəb;
3-cü yer: 123 nömrəli tam orta məktəb tutdu.
Mükafatçıalara Bakı şəhər Gənclər və İdman İdarəsinin diplom və medalları, həmçinin Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon komitəsi tərəfindən hədiyyələr təqdim olundu.