"Heydər Əliyev-101 il" adlı tədbir keçirildi

"Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” adlı tədbir keçirildi.

10.05.2024-cü il tarixində musiqi müəllimi Fərqanə Mayılova, kitabxana müdiri Adilə Məmmədova və kitabxanaçı Afət Mirzəyevanın təşkilatçılığı ilə Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əbülfət Bağırov çıxışında Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılmasıda Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Xalqımızın taleyində silinməz izlər qoyduğunu bildirib.

O bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir.

Təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov çıxış edərək tədbiri təşkil edənlərə təşəkkürünü bildirərək gənc nəsli, uşaq və yeniyetmələri milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə etmək üçün Heydər Əliyev şəxsiyyətinə müraciət etməli və bu dahi insanın həyatının əbədi milli örnək kimi uşaq və yeniyetmələr arasında geniş təbliğ olunmasına çalışmalı olduqlarını deyib.

Tədbirin bədii hissəsində Heydər Əliyev ömrü, ümummilli lider sevgisi şeir, mahnı və rəqslərdə nümayiş olunub

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi