“Gələcəyini qur!” Gəncliyə Dəstək Layihəsi şagirdlərlə görüş keçirdi

       06 may 2024-cü il tarixində məktəbimizin X sinif şagirdlərinin iştirakı ilə “Gələcəyini qur” gəncliyə dəstək layihəsi çərçivəsində görüş keçirildi.

       Qeyd olundu ki,  “Gələcəyini qur!” Gəncliyə Dəstək Layihəsi şirkətlərin korporativ sosial məsuliyyət proqramları çərçivəsində həyata keçirəcəyi və ölkəmizdə az təminatlı ailələrdən olan gənclərin həyatda uğur qazanmasını hədəfləyən unikal bir layihədir. 

       Layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək, tövhə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi