Şagirdlər məktəbin həyətyanı sahəsində güllər əkdilər
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası elm və təhsil nazirinin 15.03.2024-cü il tarixli, 3-29/3-145F/2024 nömrəli əmri ilə Tədbirlər Planı təsdiq edilmişdir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Tədbirlər Planına və məktəb üzrə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq 03.05.2024-cü il tarixində biologiya müəllimi və Kiçik Akademiyanın Prezidenti Elza Cəfərovanın təşkilatçılığı ilə məktəbin həyətyanı sahəsində "Yaşıl dünya naminə həmrəylik ili" nə həsr olunmuş tədbir təşkil olundu.
Şagirdlər məktəbin həyətyanı sahəsində güllər əkdilər və mövzu ilə bağlı müxtəlif təqdimatlarla çıxış etdilər.