Məhəmməd Füzulinin müxtəlif əsərləri səhnələşdirildi

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilib.

Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.

23.04.2024-cü il tarixində Azərbaycan dili və ədəbiyyatı müəllimləri Leyla Söhbətova və Kəmalə Əliyevanın təşkilatçılığı ilə dahi şair Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı.

Daha sonra şagirdlərin ifasında şeirlər səsləndirildi, təqdimatlar nümayiş etdirildi. Həmçinin şairin müxtəlif əsərləri səhnələşdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi