"Ana təbiəti qoruyaq" mövzusunda sinifdaxili tədbir keçirildi

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası elm və təhsil nazirinin 15.03.2024-cü il tarixli, 3-29/3-145F/2024 nömrəli əmri ilə Tədbirlər Planı təsdiq edilmişdir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Tədbirlər Planına və məktəb üzrə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq 08.04.2024-cü il tarixində ibtidai sinif müəllimi Xəyalə Əskərovanın təşkilatçılığı ilə 3f sinfində "Yaşıl dünya naminə həmrəylik ili" nə həsr olunmuş "Ana təbiəti qoruyaq" başlığı altında sinifdaxili tədbir keçirildi.

Şagirdlər mövzu ilə bağlı müxtəlif təqdimatlarla çıxış etdilər, həmçinin mövzu ilə bağlı videoçarxlar nümayiş etdirildi.

Tədbirin gedişi məktəb rəhbərliyi tərəfindən izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi