Qohumlararası nikahların fəsadları

06.04.2024-cü il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılov məktəbliləri qohumlar arasında nikahın mənfi nəticələri haqqında məlumatlandırmaq məqsədilə “Qohumlararası nikahların fəsadları“ mövzusunda şagirdlərlə maarifləndirici söhbət aparıb.

Bildirilib ki, qohum nikahlar genetik xəstəlikləri artıran önəmli faktordur. Qohum evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksəlir. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur. Qohum evliliklərdə ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ – sinir, ürək – damar və şəkər xəstəlikləri, ağıldankəmlik və s-dir. Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 


 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi