“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş "dəyirmi masa"

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 15.03.2024-cü il tarixli, 3-29/3-145F/2024 nömrəli əmri ilə Tədbirlər Planı təsdiq edilmişdir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Tədbirlər Planına və məktəb üzrə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq 04.04.2024-cü il tarixində Azərbaycan dili və ədəbiyyat müəllimi Fuad Pənahovun təşkilatçılığı, 7b sinif şagirdlərinin iştirakı ilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin və digər dahi Azərbaycan şair və mütəffəkirlərinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlərlər haqqında təqdimatlar müzakirə olundu.

Həmçinin şagirdlərin mövzu ilə bağlı çəkdikləri rəsm əsərləri nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi