"Novruz gəlir, yaz gəlir" adlı ümumməktəb tədbiri keçirildi

19.03.2024-cü il tarixində Novruz bayramı münasibətilə musiqi müəllimi Fərqanə Mayılovanın təşkilatçılığı ilə "Novruz gəlir, yaz gəlir" adlı ümumməktəb tədbiri keçirildi.

Tədbirdə şəhid və qazi ailələri,pedaqoji heyət, valideynlər, şagirdlər iştirak etdilər.

Tədbiri məktəbin direktoru Əbülfət Bağırov açaraq qonaqları, şəhid və qazi ailələlərini, müəllim-şagird heyətini Novruz bayramı münasibəti ilə təbrik edərək ölkəmizə, dövlətimizə, xalqımıza xoşbəxt və firavan həyat arzuladı.

Əbülfət Bağırov bildirdi ki,“Ümummili lider Heydər Əliyevin təşəbbüsünün nəticəsi olaraq ölkəmiz illərdir Novruz bayramını geniş şəkildə - rəsmi dövlət bayramı kimi qeyd edir. Dövlət başçısı İlham Əliyevin siyasəti, güclü iradəsi və qəhrəman oğullarımızın sayəsində artıq Qarabağda da Novruz bayramı qeyd olunur və tonqallar qalanır.

Şagird kollektivinin iştirakı ilə gözəl mahnı və rəqs nömrələri, şagirdlərin hazırladığı birbirindən gözəl kompozisiyalar, şeirlər və haxışdalar, Kosa və Keçəlin məzəli söhbətləri hər kəsdə gözəl bayram əhval-ruhiyyəsi yaratdı. “Novruz gəlir, yaz gəlir” bayram tədbiri möhtəşəm sonluq və alqışlarla başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi