"Elimizə bahar gəlir" adlı sinifdaxili tədbir keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi nin 28.02.2024-cü il tarixli 3-29-59 /3-2-103F/ nömrəli əmri ilə təsdiq edilmiş "Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı Tədbirlər Planına uyğun olaraq 4ğ sinif rəhbəri Aytən Hüseynovanın təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş "Elimizə bahar gəlir" adlı sinifdaxili tədbir keçirildi.

Tədbir zamanı şagirdlər Novruz bayramının adətlərini özündə əks etdirən çıxışlar etdilər, həmçinin kosa və keçəlin bir-birindən maraqlı oyunları tədbirə əlavə rəng qatdı. Layihənin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi, şagirdlərdə yaradıcı düşüncə meyillərinin gücləndirilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi