Əl işlərindən ibarət sərgi təşkil olundu

Bakı Şəhəri üzrə Təhsil İdarəsi nin 28.02.2024-cü il tarixli 3-29-59 /3-2-103F/ nömrəli əmri ilə təsdiq edilmiş "Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı Tədbirlər Planına uyğun olaraq ibtidai sinif və texnologiya müəllimlərinin təşkilatçılığı ilə Novruz adətlərini, personajlarını özündə əks etdirən şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olundu.
Layihənin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi, şagirdlərdə yaradıcı düşüncə meyillərinin gücləndirilməsidir.