"Novruz adətləri" nə həsr olunmuş sinif təşkilat saatı keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28.02.2024-cü il tarixli 3-29-59 /3-2-103F/ nömrəli əmri ilə təsdiq edilmiş "Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı Tədbirlər Planına uyğun olaraq 10c sinfində "Novruz adətləri" nə həsr olunmuş sinif təşkilat saatı keçirildi. Novruz adətləri ilə bağlı sənədli film nümayiş etdirildi. Layihənin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi, şagirdlərdə yaradıcı düşüncə meyillərinin gücləndirilməsidir.