8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi.

06.03.2024-cü il tarixində məktəbin ingilis dili müəllimləri Gülxar Kəlbiyevanın və Səadət Hüseynlinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi.

Milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər.

İndi Azərbaycan qadınlarının səsi dünyanın hər yerindən eşidilir. Biz bunu Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevanın timsalında daha aydın görürük. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKONUN xoşməramlı səfiridir. Mehriban xanım Əliyevanın təhsilimizin, mədəniyyətimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, misilsiz xidmətləri var. Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir.

Daha sonra tədbir şagirdlərin hazırladıqları şeir, musiqi, rəqs nömrələri ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi