"Ümid işığı" sənədli filmi nümayiş etdirildi.

Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində "Ümid işığı" sənədli filmi nümayiş etdirilib.

Sənədli filmin nümayiş etdirilməsi başımıza gətirilən müsibətlərin unudulmaması, gələcək nəsillərə çatdırılması məqsədini daşıyır. Eyni zamanda, bu cür sənədli filmlər şagirdlərin vətənpərvərlik ruhunu və mübarizlik əzmini artırmalıdır. Necə mənfur düşmənlə qonşu olduğumuzu indiki və gələcək nəsillər yaxşı bilməlidirlər. 44 günlük Vətən müharibəsində şagirdlərimiz şanlı Zəfər tariximizi görmələri ilə yanaşı, erməni quldurlarının Gəncə və digər şəhərlərdə yaşayan dinc sakinləri raket atəşinə tutmalarına da şahidlik etdilər. Haqq savaşımızda düşmən diz çökdürüldü. Milli həmrəylik nəticəsində, qəhrəman oğulların hünəri və Ali Baş Komandanımızın qətiyyəti sayəsində torpaqlarımız düşmən tapdağından azad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi