"Mənim ana dilim" adlı tədbir keçirilib

21.02.2024-cü il tarixində 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə Bakı şəhəri R. Baxışov adına 218 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qafar Süleymanovun təşkilatçılığı ilə "Mənim ana dilim" adlı tədbir keçirilib. Tədbirdə valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əbülfət Bağırov qonaqları salamlayıb və Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizə dövlət tərəfindən göstərilən qayğıdan danışıb. Əbülfət müəllim Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən danışaraq hər bir xalqın Ana dilinin onun milli sərvəti, xalqın milli kimliyinin göstəricisi olduğunu söyləyib. İdarə müdiri bildirib ki, tarix boyu xalqların, millətlərin keçdiyi yol, onların mədəni səviyyəsi, ilk növbədə Ana dilində öz əksini tapıb. Dilimizin qorunması və ən dəyərli xəzinə kimi gələcək nəsillərə miras olaraq ötürülməsini hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu diqqətə çatdıran Ə. Bağırov həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin normalarına riayət etməyin vacibliyini vurğulayıb. Tədbirdə çıxış edən təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov Ana dilini hər bir xalqın varlığını təsdiq edən başlıca amil olduğunu söyləyib. Bildirib ki, tarix boyu Azərbaycan xalqı bu müqəddəs sərvəti qoruyub saxlaya bilib. Doğma dilimizin dövlət dili statusu qazanmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olduğunu söyləyən M. Vahanbov ulu öndərin bu sahədə özünün şəxsi nümunəsi ilə çox dəyərli örnək yaratdığını qeyd edib. Ana dilimiz milli sərvətimizdir, çağırışını səsləndirən şagirdlər doğma dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi