"Azərbaycan dili milli varlığımızdır" mövzusunda şeir müsabiqəsi keçirilib.

20.02.2024-cü il tarixində “21 fevral- Beynəlxalq Ana Dili Günü” münasibətilə “Azərbaycan dili milli varlığımızdır” mövzusunda şeir müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin bilik dairəsinin genişləndirilməsi, mütaliənin təbliği, kitabxanalara marağın artırılması, həmçinin istedadlı uşaqların aşkarlanması və Azərbaycan ədəbiyyatına marağın artırılmasından ibarətdir.

Müsabiqəni giriş sözü ilə açan məktəbin direktoru Əbülfət Bağırov bildirib ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Dil hər bir millətin, xalqın varlığı deməkdir. Dünyada yüzlərlə dil mövcuddur. Doğma Azərbaycan dilimiz isə bu dillərin sırasında ən möhtəşəmidir. Əlbəttə, hər bir dilin özəlliyi və özünəməxsus gözəlliyi var. Bunu kimsə inkar edə bilməz. Amma vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin əvəzi yoxdur. Bu dilin cazibəsini heç bir dildə tapmaq olmaz.

Müsabiqədə 5-ci siniflər üzrə 16 şagird iştirak edib. Məktəb rəhbərliyi və müəllimlərdən ibarət münsiflər heyəti müsabiqə iştirakçılarını dinləyərək, onları qiymətləndirib. Şagirdlərə məhz ana dilinə aid səsləndirilən şeirlərə görə 10 ballıq sistem üzrə qiymət verilib. Müsabiqənin qalibləri diplomla təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi