VIII və IX siniflərdə monitorinq keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 8 və 9-cu siniflərdə monitorinq keçirilir.
19.02.2024-cü il tarixində BŞTİ-nin rəhbərliyinin göstərişinə əsasən məktəbin 8 və 9-cu siniflərinin Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə 5-8-ci siniflər səviyyəsində biliklərini ölçmək məqsədilə monitorinq keçirilir. Monitorinq sualları şagirdlərə 2 variantda təqdim edildi. Monitorinq 2,5 saat davam edəcək. Monitorinqin aparılmasında məqsəd 8 və 9-cu sinif şagirdlərinin buraxılış fənləri üzrə mövcud çatışmazlıqlarını aşkarlamaq və bu istiqamətdə onlara lazımi köməklik göstərilməsinə nail olmaqdan ibarətdir. Monitorinqin gedişi məktəb rəhbərliyi tərəfindən izlənildi.