Təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühit

Məktəb psixoloqu Gülnarə Cəbrayılovanın rəhbərliyi altında valideyn komitələri nümayəndələrinin iştirakı ilə təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə görüş keçirildi. Valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, psixoloji xidmətin təşkili ilə bağlı söhbətlər aparıldı.