20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd olundu

18 yanvar 2024-cü il tarixində məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev və uşaq birliyi rəhbəri Tural Cəmilovun rəhbərliyi altında “20 Yanvar faciәsinin otuz dördüncü ildönümü ilә bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tәdbirlәr Planı” na uyğun olaraq "20 Yanvar faciəsi müstəqillik yolumuzdur" adlı tədbir keçirildi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış üçün söz məktəbin direktoru Əbülfət Bağırova verildi. Əbülfət müəllim 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda xalqımızın iradəsini sındırmaq üçün törətdiyi qanlı terror haqqında danışdı. Vurğulandı ki, faciədən bir gün sonra Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış edib. 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Tədbir daha sonra şagirdlərin söylədikləri şeir nömrələri ilə davam etdi. Sonda 20 Yanvar faciəsi haqqında videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi