“Ümid yeri” uşaq sığınacağında Yeni il şənliyi

30 dekabr 2023-cü il tarixində məktəbin UBR-i Tural Cəmilovun təşkilatçılığı ilə Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağında valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənliyi təşkil edilmişdir. Sözügedən həssas qrupa mənsub 75 uşaq üçün maraqlı bayram şənliyi təşkil olunub. Tədbir iştirakçılarına bayram süfrəsi, hədiyyələr və incəsənət ustalarının iştirakı ilə şou-proqram təqdim edilib. Tədbirdə məktəbin şagird, valideyn və müəllim heyəti iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi