31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirildi.

28 dekabr 2023-cü il tarixində məktəbin rus dili müəllimi Şəfa Bağırovanın təşkilatçılığı ilə 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı. Tədbiri açıq elan edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov bildirdi ki, hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir. Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev çıxış edərək bu tarixin rəsmiləşdirilməsinin isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Hüseyn Ağayev bildirdi ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31- nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir. Daha sonra şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya, şeir, musiqi nömrələri nümayiş etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi