Şəhid məzunumuzun doğum günü tədbiri keçirildi

26 dekabr 2023-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Roza İsmayılovanın təşkilatçılığı ilə məktəbimizin şəhid məzunu Coşqun Zülfüzadənin doğum gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şəhidin ailə üzvləri, məktəb rəhbərliyi, valideynlər, şəhidin sinif yoldaşları iştirak edirdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İlk öncə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb, Coşqun və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını, 44 gündə düşmənin diz çökdürüldüyünü vurğulayıb. Daha sonra çıxış edənlər Şəhid Coşqun Zülfüzadənin şərəfli həyat və döyüş yolundan, doğma Vətən, torpaq naminə göstərdiyi fədakarlıqlarıdan danışıblar. Tədbir şagirdlərin hazırladıqları şeir və musiqi nömrələri, ədəbi-bədii kompozisiyalarla davam etdi. Qeyd edək ki, Şəhid Coşqun Zülfüzadə 2005-2016-cı illərdə məktəbimizdə təhsil almışdır. 44 günlük Vətən müharibəsində könüllü iştirak edən Coşqun Zülfüzadə döyüşlərdə igidliyi ilə fərqlənərək müxtəlif orden və medallarla təltif olunmuşdur. Coşqun Zülfüzadə 2022-ci ilin sentyabr ayında Laçın istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmanlıqla döyüşərək şəhid olmuşdur. Sonda çıxış edən şəhidin atası Ədail Zülfüzadə tədbirin təşkil olunmasına görə məktəb rəhbərliyinə təşəkkürünü bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi