X siniflər arasında İngilis dili fənnindən "Bilik yarışı" keçirildi

25 dekabr 2023-cü il tarixində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Mirismayıl Vahabov və Şavəli Babayevin rəhbərliyi altında İngilis dili fənni üzrə 10-cu siniflər arasında məktəbdaxili "Bilik yarışı" keçirildi. Yarışın sonunda X c sinfi I yer, X d sinfi II yer, 10 b sinfi III yeri qazandılar. Gələcək yarışlarda şagirdlərimizə uğurlar arzulayırıq.