"Dilimizi qoruyaq" adlı "dəyirmi masa" keçirildi

25 dekabr 2023-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aysel Civişovanın təşkilatçılığı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2023/2024-cü tədris ilinə dair Fəaliyyət Planının 3.2 və 3.4-cü bəndinə əlavə "Dilimizi qoruyaq" şüarı altında tədbirlərin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq 7 ç sinif şagirdlərinin iştirakı ilə sinifdaxili "Dəyirmi masa" keçirildi. Şagirdlər mövzu ilə bağlı müxtəlif çıxışlar etdilər. Həmçinin Ana dilimizlə bağlı müxtəlif müəlliflərin yazdıqları şeirləri söylədilər. Tədbirin sonunda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov və Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Civişovanın mövzu ilə bağlı çıxışları dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi