BŞTİ tərəfindən VII və IX siniflərdə monitorinq keçirilib

14.12.2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin göstərişinə əsasən şagirdlərin 7-ci və 9-cu siniflər üzrə ana dili, riyaziyyat və xarici dil fənlərindən 5-7-ci siniflər səviyyəsində biliklərini ölçmək məqsədi ilə monitorinq keçirildi. Monitorinq sualları şagirdlərə Azərbaycan bölməsi üzrə 2 variantda təqdim edildi. Monitorinq 2,5 saat (150 dəqiqə) davam edəcək. Monitorinqin keçirilməsində məqsəd 9-cu sinif şagirdlərinin buraxılış fənləri üzrə mövcud çatışmazlıqlarını aşkarlamaq və bu istiqamətdə onlara lazımi köməklik göstərməkdən ibarətdir.