"Əbədiyaşar lider" adlı tədbir keçirildi

12.12.2023-cü il tarixində məktəbin ibtidai sinif müəllimi İlham Yəhyayev və musiqi müəllimi Fərqanə Mayılovanın təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əbülfət Bağırov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyanın banisi olan bu böyük şəxsiyyətin əslində məhz Azərbaycan üçün dünyaya gəldiyini, canından da artıq sevdiyi Vətəninə və xalqına layiqli xidməti nəticəsində bu gün və eləcə də həmişə millətinin və tarixin yaddaşında əbədi yer tutduğunu qeyd edib. Daha sonra Ulu öndər haqqında videoçarx nümayiş etdirildi, şagirdlərin ifasında şeirlər və musiqilər səsləndirildi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi