"İntiharın profilaktikası" mövzusunda X-XI sinif şagirdləri ilə görüş

2 dekabr 2023-cü il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılova “İntihar – çıxış yolu deyil!” adlı maarifləndirici tədbir keçirib. Tədbirdə məktəbin X-XI sinif şagirdləri iştirak ediblər. Tədbirdə “İntihar, onun səbəbləri və nəticələri”, “Stress, stressin səbəbi və ondan çıxış yolları”, “Problem həll etmə üsulları”, və digər mövzular ətrafında şagirdlərlə söhbətlər aparılıb. Qeyd olunub ki, bu gün intihar cəmiyyətin əsas problemlərindən birinə çevrilir. İntiharın təməli düşdüyü vəziyyətdən çıxış yolu tapa bilməyən zaman qoyulur. Onun mərkəzində, əsasən, fərdi psixoloji problemlər dayanır. Bu gün intiharın qarşısını almaq üçün insan şüurunda dəyişiklik edilməlidir. Vurğulanıb ki, yeniyetmə və gənclər arasında bu cür maarifləndirici tədbirlərin təşkili xüsusi önəm daşıyır. Həmçinin tədbirdə gənclərə problem həll etmə bacarıqlarının aşılanması və onlarda sağlam düşüncə tərzinin formalaşdırılması məqsədi ilə də söhbət aparılıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi